Uşaq Psixonevroloji Mərkəzi təmirdən sonra - REPORTAJ

Uşaq Psixonevroloji Mərkəzi təmirdən sonra -REPORTAJ

13 Yanvar, 12:52 Sosial mediada paylaşın:

Xəbər verildiyi kimi, Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmir işləri aparılıb, mərkəzin yeni korpusunun açılışı olub.

2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Mərkəzdə 7 yaşınadək uşaqların  müalicəsi aparılır.

Yüz çarpayılıq Mərkəzə valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, gündəlik müalicə üçün müraciət edənlər də var. Təxminən  100-ə yaxın uşaq hər gün müxtəlif xidmətlərdən yararlanır. Əsasən epilepsiya, uşaq serebral iflici, autizm və daun sindromundan əziyyət çəkən uşaqların müalicəsi, təlim-tərbiyəsi  ilə 170-ə yaxın personal məşğul olur.

Əsaslı təmir işlərindən sonra müalicə otaqları yenilənib. Müasir metodların tətbiqinə başlanılıb.

Mərkəzin psixoloqu Qəmər Məmmədova deyir ki, hər bir uşağa bir fərd kimi yanaşılır.

Sağlamlıq imkanları məhdud uşaqların istər müalicəsi, istərsə də təhsilə cəlb edilərək cəmiyyətə inteqrasiyası dövlətin də daim diqqətindədir. Birinci vitse-president Mehriban Əliyeva mütəmadi olaraq mərkəzə baş çəkir. Elə sonuncu təmir işlərindən sonra da mərkəzdə yaradılan şəraitlə yerindəcə tanış olub.

Sədaqət Süleyman

 

CANLI YAYIM