Mərkəzi Bank 150 milyon manat cəlb edir

Mərkəzi Bank 150 milyon manat cəlb edir

11 Yanvar, 11:00 Sosial mediada paylaşın:

Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

CANLI YAYIM