“İlham Əliyev. İnkişaf - məqsədimizdir” kitabının növbəti cildi çap olunub

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” kitabının növbəti cildi çap olunub

10 Yanvar, 16:54 Sosial mediada paylaşın:

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb.

Nəşrdə Azərbaycan Prezidentinin ölkəmizə rəsmi səfərə gələn digər ölkələrin dövlət və hökumət baçıları, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycanın bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinə dair materiallar, həmçinin ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda keçirilən tədbirlərdə nitq və çıxışları verilir. Bütün görüş və danışıqlarda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin fevralından mart ayınadək olan dövrü əhatə edir.

CANLI YAYIM