“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - Tarix və məkan açıqlandı

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” - Tarix və məkan açıqlandı

10 Yanvar, 15:54 Sosial mediada paylaşın:

Bu ilin ilk “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yanvarın 13-17-də Nəsimi rayonunda keçiriləcək.

Səyyar qeydiyyat xidmətindən istismarına icazə verilmiş 5 bina üzrə ümumilikdə 940-dək mənzilin sahibi istifadə edə biləcək. Kampaniya yanvarın 13-ü Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, ayın 14-də S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, yanvarın 15-də isə Hənifə Ələsgərov küçəsi 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək.

Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və ayın 17-si isə Mərdanov qardaşları küçəsi 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda göstəriləcək. Mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur.

CANLI YAYIM