Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti 12-ci iclası bu il yanvarın 29-31-də Kiyev şəhərində keçiriləcək.
İclasın ilk günü ekspert qrupunun görüşü, yekunda isə protokol imzalanacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Azərbaycana səfəri zamanı komissiyanın yanvar ayında iclasının keçiriləcəyini bildirmişdi.