Azərbaycan dili ilə bağlı 3 mühüm kitab tərtib olunur

Azərbaycan dili ilə bağlı 3 mühüm kitab tərtib olunur

10 Yanvar, 12:52 Sosial mediada paylaşın:

“Azərbaycan dilinin arxaik sözlər lüğəti”, “Azərbaycan dilinin elmi qrammatikası” və “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” tərtib olunur.

“Azərbaycan dilinin arxaik sözlər lüğəti”ndə tarixən dilimizdə olan, lakin unudulmuş sözlər yer alıb və ilk dəfə olaraq xronoloji qaydada çapa təqdim olunub. Məlum olduğu kimi, müasir ədəbi dilimizdə bir sıra qədim türk sözləri var ki, onlar dilimizin həm qədimliyini, həm də zəngin söz ehtiyatını özündə əks etdirir.

İlk dəfə çap olunacaq “Azərbaycan dilinin arxaik sözlər lüğəti”ndə klassik şairlərimizin əsərlərində yer almış qədim türk sözləri də olacaq

Çap olunacaq “Azərbaycan dilinin elmi qrammatikası” kitabı isə sonuncu dəfə keçən əsrin 70-ci illərində 300 səhifə, həm fonetika həm də leksikologiya olmaqla, 3 cilddə hazırlanmışdı. Bu dəfə 700 səhifə həcmində olmaqla, 4 cilddə nəşr olunması planlaşdırılır. Kitabın birinci cildi artıq çapa hazırdır.

“Qarabağ dialektoloji atlası”na gəldikdə isə burada 750-dən çox yaşayış məskəni öz yerini tapacaq.

Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji deyil, həm də Qarabağın tarixi abidələri, etnoqrafiyası, kulinariyası, təbiətini əks etdirən materiallar da toplanılıb.

Arzu Abbaslı

CANLI YAYIM