Abşeronda 4 qəsəbə və 1 kəndin yolları təmir olunacaq - 19,7 milyon manat ayrıldı

Abşeronda 4 qəsəbə və 1 kəndin yolları təmir olunacaq - 19,7 milyon manat ayrıldı

9 Yanvar, 17:03 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

CANLI YAYIM