Bu şəxslər müavinət hüququ qazanıblar - Yaş həddi də azaldıldı

Bu şəxslər müavinət hüququ qazanıblar - Yaş həddi də azaldıldı

8 Yanvar, 15:31 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin 2019-cu il dekabrın 16-da təsdiqlədiyi yeni qanunlara əsasən, yaşa görə əmək pensiyası və yaşa görə müavinət üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Yanvarın 1-dən yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər pensiya hüquqları olmadıqda yaşa görə müavinət hüququ qazanıblar. Əgər bu ilin əvvəlinədək qadınlar yaşa görə pensiya hüququ olmadıqda yaşa görə müavinət hüququnu 62 yaşda, kişilər yaşa görə pensiya hüququ olmadıqda isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən həmin yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Yaşa görə müavinət təyin edilməsi üçün onların hər hansı quruma üz tutmasına və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142 – “Çağrı Mərkəzi”ndən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşağı olan və onları səkkiz yaşınadək tərbiyə edən qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır.

CANLI YAYIM