Restrukturizasiyadan yararlanmayan vətəndaşları nə gözləyir?

Restrukturizasiyadan yararlanmayan vətəndaşları nə gözləyir?

8 Yanvar, 14:07 Sosial mediada paylaşın:

Məlum olduğu kimi, ötən il problemli kreditlərin həlli ilə bağlı mühüm addım atıldı. 390 minə yaxın vətəndaşa kompensasiyalar ödənildi. Borcunu ödəyə biməyən 440 minə yaxın vətəndaşa isə borcunu güzəştli şərtlərlə ödəmək imkanı yaradıldı. Bu imkandan yararlanmaq üçün isə son tarix 29 dekabr müəyyənləşmişdi.

Bəs restrukturizasiyadan yararlana bilməyən vətəndaşların aqibəti necə olacaq?

Ötən ilin 11 ayının statistikasına görə, 123 100 borcalan restrukturizasiyadan yararlanıb. Halbuki 440 minə yaxın vətəndaş prosesdə iştirak etmək hüququna malik idi. Manatla ifadə etsək vətəndaşların 242 milyon 300 min manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Onu da deyək ki, Fərmanın icrasına qədər vaxtı keçmiş kreditlərin ümumi həcmi 1 milyard 800 milyon manata yaxın olub. Bir sözlə, restrukturizasiyadan yararlanmayan vətəndaşların sayı kifayət qədər çoxdur. Ekspert Elman Sadıqov deyir ki, vətəndaşların prossesdə aktiv iştirak etməməsi ilə yanaşı, obyektiv səbəbər də var.

Qaydalara görə, prosesdən yararlanmayan vətəndaşlar əvvəlki qaydada borclarını ödəyəcəklər. Ekspertlər isə bildirir ki, proses əhalini tam əhatə etmədiyindən vaxtın uzadılmasına ehtiyac var.

Onu da deyək ki, restrukturizasiya prosesi dövlət başcısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində həyata keçirilirdi. Fərmana görə, borcu 365 gündən çox keçən vətəndaşlar mövcud borclarını 5 il müddətinə, 1-ci il faiz olmadan, qalan illərdə isə 1 faiz tətbiq edilməklə qaytarmaq imkanına malik idilər.

Sədaqət Süleyman

CANLI YAYIM