Qaz limitinin azaldılmasına dair şayiələr “Hədəf”də - “Azəriqaz” aydınlıq gətirdi

Qaz limitinin azaldılmasına dair şayiələr “Hədəf”də - “Azəriqaz” aydınlıq gətirdi

7 Yanvar, 15:33 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin bugünkü buraxılışının mövzusu qış mövsümündə ölkədə qazlaşmanın səviyyəsi, qaz limiti ilə bağlı yayılan əsassız məlumatlar, dəm qazından zəhərlənmə halları olub.

Verilişin qonaqları Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev və “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov olub.

E.Babayev dəm qazından zəhərlənmə halları ilə bağlı danışaraq, bu hadisələrin baş vermə səbəblərini açıqlayıb.

C.Səfərov isə qaz limitinin azaldılmasına dair yayılan məlumatların şayiə olduğunu deyib.

CANLI YAYIM