Avstraliyada meşə yanğınları davam edir

Avstraliyada meşə yanğınları davam edir

7 Yanvar, 11:23 Sosial mediada paylaşın:

Avstraliyada meşə yanğınları ilə mübarizə davam etdirilir.

Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınlarının miqyası genişləndiyindən alovla mübarizəyə daha 3000 hərbçi və 90 təyyarə cəlb olunub. Minlərlə ev və tikili yanaraq külə dönüb. Həlak olanların sayı 25 nəfərə çatıb. Yanğından  zərər çəkmiş ərazilərin bərpası üçün dövlət tərəfindən 1,4 milyard dollar vəsait ayrılacaq.

Qeyd edək ki, Çilinin meteorologiya xidməti Avstraliyadakı meşə yanğınları ilə bağlı məlumat yayıb. Peykdən çəkilmiş təsvirlərdə materikdən gələn tüstünün Çili və Argentinada səmanı örtdüyü görünür. Bu da tüstü buludunun təxminən 12 000 km yol qət etdiyi anlamına gəlir. Təxminən 6000 metr yüksəklikdə olan tüstünün yağıntı zamanı yerə çökəcəyi bildirilir.

CANLI YAYIM