"Kinoproqramlar və dublyaj" redaksiyası sosialyönümlü çarxların və qısametrajlı filmlərin istehsalına başlayıb

"Kinoproqramlar və dublyaj" redaksiyası sosialyönümlü çarxların və qısametrajlı filmlərin istehsalına başlayıb

8 İyul, 14:28 Sosial mediada paylaşın:

Növbəti - şərti adı "Tənha” olan sosial filmin çəkilişini elə çəkiliş meydanında izlədik.

Filmdə əməkdar artist Sevda Ağazadə, opera müğənnisi Eleonora Mustafayeva, Azərbaycan Dövlət Kukla Tearının aktyorları və Uşaq Evinin balaca sakinləri də rol alıblar.
Layihənin rəhbəri əməkdar incəsənət xadimi Etibar Babayev layihə haqqında bunları dedi:
- "Bu film üçhissəli novella əsasında çəkilir. Artıq birinci hissənin çəkilişi başa çatıb. Filmdə əsas məqsəd uşaqlarımıza qarşı laqeyd olmamağı mesajını çatdırmaqdır. Dramaturji xətt ondan ibarətdir ki, bir balaca uşaq Uşaq Evindən balacalarla birlikdə teatra gələndə dostlarından ayrı düşür və bulvarda qalır. Həmin gün bulvarda uşağın başına gələnlər filmdə əks olunur. Burada o, görmədiyi, lakin hər gün arzuladığı həyatı yaşayır. Bir ailəyə rast gəlir, vaxtını onlarla keçirir və inanır ki, bu ailə onun öz doğma ailəsidir. İkinci və üçüncü novellalarda bu hadisənin davamı əksini tapacaq. Bütün ssenarini danışmaq istəmirəm... Düşünürəm ki, hər kəs bəyənəcək".

 

CANLI YAYIM