Şenol Güneşin İdman TV-yə müsahibəsi böyük əks-səda doğurdu

Şenol Güneşin İdman TV-yə müsahibəsi böyük əks-səda doğurdu

4 Yanvar, 15:06 Sosial mediada paylaşın:

“Bakıda Olimpiya stadionunda keçiriləcək Avro-2020-nin oyunlarının xəyalını qurmağa başlamışam. Tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini nəzərə aldıqda, bizim komandanın Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşirəm. Əksini isə düşünmək belə istəmirəm”.

Bu sözləri futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş İdman TV-də yayımlanan “Ay-ulduzlu liqa” verilişində Tural Məmmədli ilə Elçin Cəfərovun qonağı olarkən deyib.

Türkiyəli mütəxəssis əlavə edib: "UEFA bizə ev sahibliyi vermədi, amma biz Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı öz evimiz kimidir”.

Qeyd edək ki, “Ay-ulduzlu liqa”nın xüsusi buraxılışı həm Türkiyə, həm Azərbaycan mediasında böyük əks-səda doğurub. Türkiyənin ən nüfuzlu idman kanalları, saytları, mətbu orqanları sözügedən proqram barədə geniş süjetlər yayımlayıblar. Azərbaycanda isə 20-yə yaxın xəbər saytında “Ay-ulduzlu liqa”nın son buraxılışı haqda yazılar dərc olunub.

CANLI YAYIM