Nobel qardaşlarını Azərbaycana gətirən “güc” - Dəmirağac necə xilas oldu?

Nobel qardaşlarını Azərbaycana gətirən “güc” - Dəmirağac necə xilas oldu?

4 Yanvar, 14:54 Sosial mediada paylaşın:

Dəmirağac cənub meşələrində 2 min hektar ərazidə yetişir. Adı qırmızı kitaba düşmüş bu nadir ağac növünü digərlərindən fərqləndirən bir çox xüsusiyyətləri var. Suda batan yeganə ağac növüdür.

Dəmirağacın əsas xüsusiyyəti onun yarpaqlarının 3 çalara boyanmasıdır. Yarpaqlarını  qışın ortalarından etibarən tökməyə başlayır və bu proses yaz aylarına kimi davam edir. Əsasən   su hövzələrinə yaxın,  çay kənarlarında  bitən, ilboyu vegetasiya dövrü keçirən bu ağacın gövdəsi çox ağır olduğundan suda batır  Hazırda dəmirağac zəngin bitki örtüyü olan Hirkan Milli Parkının ərazisində qorunur.

Ümumi ərazisi 40358 ha olan Hirkan Mili Parkının 20-25 faizini dəmirağac təşkil edir. Hündürlüyü 20-25 metrə çatan dəmirağaclar təxminən 200 il ömür sürür.

Bu nadir ağac növünün çoxalma prosesi də maraq doğurur.

Dəmirağac haqqında bu və digər maraqlı məlumatları AzTV-nin əməkdaşı Pərvanə Nəhmətqızının reportajında izləyə bilərsiniz.

CANLI YAYIM