“Şaxta”nı izləyə bilməyənlər üçün fürsət

“Şaxta”nı izləyə bilməyənlər üçün fürsət

4 Yanvar, 14:32 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının Yeni il axşamı efirə verilmiş “Şaxta” adlı musiqili filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnsani dəyərlərdən, xeyirxahlıqdan, qayğıdan, doğmalarımıza və yaxınlarımıza qarşı təkcə bayramlarda və hansısa əlamətdar günlərdə deyil, daim diqqətli olmaqdan bəhs edən müasir nağılın ssenari müəllifi, ikinci rejissoru və baş rolun ifaçısı AzTV-nin “Ağ&Qara” verilişinin aparıcısı aktyor Kamran Ağabalayevdir.

Quruluşçu rejissor isə Azərbaycan Televiziyasının baş prodüseri Nazilə Babayevadır.

Filmi “YouTube” kanalımızdan da izləyə biləriniz. Kanalımıza abunə olmağı unutmayın.

CANLI YAYIM