“Zəng” gəldi - Artıq “YouTube”da da baxa bilərsiniz

“Zəng” gəldi - Artıq “YouTube”da da baxa bilərsiniz

4 Yanvar, 14:16 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin istehsalı olan “Zəng” iki hissəli bədii televiziya filmi artıq efirə verilib.

Filmi izləyə bilməyənlər və yaxud yenidən izləmək istəyənlər AzTV-nin rəsmi “YouTube” kanalında baxa bilərlər. Ən son xəbərlər və verilişləri izləmək üçün kanalımıza abunə olmağı unutmayın.

Qeyd edək ki, “Zəng” filmində Xalq artistləri Cahangir Novruzov, Afaq Bəşirqızı, Səidə Quliyeva, Cəfər Namiq Kamal, Məbud Məhərrəmov, həmçinin Fərhad İsrafilov və digərləri rol alıb.

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında işlənən filmin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafael Əlizadə, bəstəkarı Natiq Qəzənfəroğludur.

Bununla da Azərbaycan Televiziyasının ənənəvi Yeni il hədiyyəsi uzun illərdən sonra bərpa olunub.

CANLI YAYIM