Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib

Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib

6 İyul, 14:54 Sosial mediada paylaşın:

İyulun 6-da Abşeron Logistika Mərkəzində Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib.

Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Bu ilin aprelində ölkə başçısı 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri 800 milyon dollarlıq 10 müqavilə imzalayıblar.

“Bu gün blok qatarının Siandan Bakıya gəlməsi əlamətdar hadisədir. Azərbaycan Çinin regionları ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. 2015-ci ildə Prezident İlham Əliyev ilk dəfə məhz Sian şəhərinə səfər edib. Sian şəhəri həm də qədim “İpək Yolu”nun başlanğıcı hesab olunur. İki ölkə arasında əlaqələr təkcə nəqliyyat və logistika sahəsində deyil, digər sahələrdə də uğurla inkişaf edir”, - deyə İqtisadiyyat naziri bildirib.

Qeyd edib ki, ilin sonunadək Azərbaycanın Çindəki növbəti ticarət evi Şansi vilayətinin mərkəzi Sian şəhərində açılacaq.

CANLI YAYIM