AzTV musiqisevərləri də unutmadı - 2020-nin ilk həftəsində efirə gedəcək konsertlərin siyahısı

AzTV musiqisevərləri də unutmadı - 2020-nin ilk həftəsində efirə gedəcək konsertlərin siyahısı

28 Dekabr, 14:31 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası 2020-ci ilin ilk həftəsinin proqramında yer alan konsertlərin siyahısını açıqlayıb.

1-6 yanvar aralığında hər gün müxtəlif saatlarda musiqisevərlər üçün bayram nümayişi olacaq.

Belə ki, hər gün 11:20-də efirdə milli musiqi səslənəcək.

Hər gün 12:30-da Andre Ryo, Andrea Boçelli və s. kimi musiqi dahilərinin konsertləri efirə veriləcək.

1, 2, 3 yanvar tarixlərində 18:30-da isə fərqli musiqi sevənlər ekran başına!

Hər axşam 20:30-da şou axtaranlar üçün pop ulduzlarımızın konserti olacaq.

3 yanvar tarixində isə Sami Yusufun 2019-cu ilin ən yadda qalan konserti efirə veriləcək.

Yanvarın 5-i 22:00-da AzTV-də premyera olacaq. Belə ki, Xalq artisti Emin Ağalarovun konserti yayımlanacaq.

CANLI YAYIM