UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir

6 İyul, 12:26 Sosial mediada paylaşın:

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb. Əlavə edib ki, bu gün də yeni nominasiyalar sıyahıya daxil ediləcək. “Bizi qarşıda gərgin müzakirələr gözləyir”, - deyə nazir bildirib.

Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi.

Avstraliya, Çin, Küveyt və İspaniya nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndirib və Bəhreynin Dilmun kurqanları UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Beləliklə, UNESKO-nun Dünya İrs Siyahısında yer alan mülkiyyətlərin sayı 1100-ə çatıb.

CANLI YAYIM