Qazaxıstanın Almatı şəhəri yaxınlığında “Bek Air” hava yollarına məxsus təyyarə qəzaya uğrayıb.
Son məlumatlara əsasən, hadisə nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb. Onlar arasında uşaqlar da var. Almatı-Nur Sultan reysi üzrə hərəkət edən təyyarə havaya qalxdıqdan dərhal sonra radarlardan itib. Hava gəmisi idarəetməni itirərək əvvəl beton maneəyə, sonra isə ikimərtəbəli binaya çırpılıb. Təyyarənin göyərtəsində 5-i heyət üzvü olmaqla 100 nəfər olub.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi hökumət komissiyası yaradılıb. “Bek Air” hava yollarının fəaliyyəti və oxşar tip təyyarə modellərinin uçuşları isə müvəqqəti dayandırılıb.