450 mindən çox vətəndaşın həyatı “ASAN”laşdırıldı - Şamaxıdan reportaj

450 mindən çox vətəndaşın həyatı “ASAN”laşdırıldı - Şamaxıdan reportaj

25 Dekabr, 16:07 Sosial mediada paylaşın:

Ölkə ərazisində sayca 16-cı “ASAN Xidmət” Mərkəzi fəaliyyətə başlayıb.

Şamaxı “ASAN Həyat” Kompleksində dövlət agentliyinin 209-dan çox əməkdaşı və 50 könüllü vətəndaşlara xidmət göstərəcək.

Şamaxı “ASAN Xidmət” Mərkəzinin xidmətlərindən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan hər kəs faydalana bilər. Fəaliyyətə başlamasının ilk günü belə mərkəzdə qələbəlik müşahidə olunub. Müxtəlif səbəblərdən “ASAN Xidmət”ə müraciət edən vətəndaşlar operativ xidmətdən və gülərüz heyətdən məmnunluqlarını bildiriblər.

Şamaxı regional “ASAN Xidmət” Mərkəzində müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir. Kompleksdə, həmçinin “ASAN Lounge”, ABAD Food Hall, ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərir.

Kadrların yetişdirilməsindəki digər mühüm təcrübə isə könüllülük proqramıdır. Bu proqram sayəsində həm də gənclərin özünüməşğulluğu təmin edilir.

Şamaxı “ASAN Həyat” kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşı münasibətilə konsert proqramı da təşkil olunub.

Sabir Bilalov

CANLI YAYIM