“Bakı xanlarının evi” təmir edilir - 3D formatında muzey olacaq

“Bakı xanlarının evi” təmir edilir - 3D formatında muzey olacaq

23 Dekabr, 14:21 Sosial mediada paylaşın:

XVII-XVIII əsrlərə aid edilən “Bakı xanlarının evi” kompleksinin təmiri işləri sürətləndirilib.

“Bakı xanlarının evi”nin bərpası və ətrafının abadlaşdırılması üçün ilkin olaraq məişət tullantıları ilə çirkləndirilən 4500 kvadratmetr ərazi təmizlənib. Bu tarixi məkanda muzey yaradılacaq. Müasir innovativ vəsitələrdən istifadə olunacaq muzey 3D formatında fəaliyyət göstərəcək.

Son illər Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Bəylər məscidi, Qoşa qala divarları kimi nəinki ölkə, eləcə də də dünya əhəmiyyətli tarixi-memarlıq abidələri bərpa olunub. Görülən işlər dünyanın nüfuzlu təşkilatlarının da diqqətindən kənarda qalmır. Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında İçərişəhərin İSESKO-nun İslam İrsi Siyahısına daxil edilməsi bunun növbəti sübütudur.

İcərişəhərdəki dəyişikliklər ölkəyə gələn turistlərin də diqqətindədir. Mütəxəssislər deyir ki, hər 10 turistdən 9-u mütləq İçərişəhəri ziyarət edir.

Sədaqət Süleyman

 

CANLI YAYIM