Ermənistanda R.Köçəryanın tərəfdarları hökumət evi qarşısında etiraz aksiyası keçirirlər

5 İyul, 10:37 Sosial mediada paylaşın:

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Sabiq prezident Robert Köçəryanın tərəfdarları hökumət evi qarşısında etiraz aksiyası keçirərək baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Ermənistan Apellyasiya Məhkəməsində isə 1 mart hadisələrində təqsirkar bilinən Köçəryanın şikayət ərizəsi rədd edilib.

Ermənistanda işğalçı ölkənin sabiq prezidenti Roberd Köçəryanın həbsinə etiraz əlaməti olaraq bir qrup şəxs respublika meydanının giriş-çıxışını bağlamaq istəyib. Lakin, narazı kütlə polisin müdaxiləsindən sonra aksiyanı davam etdirmək üçün yaxınlıqdakı hökumət evi qarşısına toplaşıb.  Etirazçılar hökumətin istefasını tələb edirlər. Onların fikrincə Paşinyan və onun komandası ölkədən uzaqlaşmalıdır. Sitat: “Biz bu cür hakimiyyətə yox deyirik. 1 il əvvəl Paşinyan erməni xalqına boş-boş vədlər verməklə hakimiyyəti ələ keçirdi. Son 1 ildə ölkədə heç bir yenilik olmayıb. Əksinə Paşinyan səriştəsiz komandası ilə birgə ölkəni uçuruma, fəlakətə aparır. Daxildə isə günahsız insanlar incidilir, həbs edilir. Biz Ermənistanın 2-ci prezidenti Roberd Köçəryanın sərbəst buraxılmasını tələb edirik. Əks təqdirdə, etiraz aksiyalarının miqyası daha genişlənəcək. Sitatın sonu. Yeri gəlmişkən, Ermənistan Apellyasiya Məhkəməsi 2008-ci ilin 1 mart terror hadisələrində ittiham olunan Köçəryanın şikayət ərizəsini rədd edib.  Xatırladaq ki, iyunun 25-də Ermənistanın konstitusiya məhkəməsi İrəvan məhkəməsinin qərarını ləğv etdikdən sonra Köçəryan təqsirkar qismində 3-cü dəfə həbs olunub. Onun vəkili Aram Orbelyan isə Ermənistanda siyasi təqib və özbaşnalıqlarla bağlı Avropa məhkəməsinə müraciət etməyə hazırlaşır. Mətbuta açıqlamasında vəkil deyib ki, “Roberd Köçəryanın yenidən həbsi hazırkı hakimiyyət üzvləri tərəfindən sırf intiqam, qisas və siyasi xarakter daşıyır. Bu işdə baş nazir Nikol Paşinyanın əli var. Çünki 1-mart gecəsi bəzi məmurlar, o cümlədən Paşinyan dinc sakinlərə çağırışlar edərək küçələrə tökmüşdülər.