“Ünvanımız Azərbaycandır”

“Ünvanımız Azərbaycandır”

4 İyul, 15:46 Sosial mediada paylaşın:

RADİOANONS

 “Əziz dinləyicilər! Sizinlə bugünkü görüşümüz ələmatdar bir günə təsadüf edir.  17 il bundan əvvəl 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı əsasında  Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. İndi Diasporla İş üzrə  Dövlət Komitəsi adlanan bu qurum dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır…”

Bu sətirlər iyulun 5-də saat 14.10-dəqiqədə efirdə səsləndiriləcək “Ünvanımız Azərbaycandır” sverilişinin senarisindəndir. Müstəqillik yollarında uğurla irəlilədiyimiz indiki dövrdə xaricdəki soydaşlarımızla əlaqələrimizin genişləndirilməsi, heç şübhəsiz, ən vacib, olduqca zəruri məsələdir. Fərəhli haldır ki, dünyanın bir sıra öölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları bu tatixi missiyanı yaxşı başa düşür gündən-günə təşkilatlanmaqla möhkəm milli birliyin yaranması istiqamətində əllərindən gələni edirlər.

Bu və digər məsələlər barədə verilişin qonaqları - Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı və Avropa – Amerika ölkələri və İsraillə iş üzrə şöbənin müdiri Sərhəd Abbasov  ətraflı söz açacaqlar.

Xatırladırıq ki, respublikamızda və onun hüdudlarından kənarda kifayət qədər dinləyicisi olan “Ünvanmız Azərbaycandır” verilişinin müəllifi və aparıcısı Mətanət Əzimovadır. 

CANLI YAYIM