UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

16 Dekabr, 16:14 Sosial mediada paylaşın:

Dekabrın 16-da UEFA-nın İsveçrədəki mənzil-qərargahında Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

AZTV.AZ xəbər verir ki, püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

“Borussiya Dortmund” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa);

“Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə);

“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya);

“Atletiko Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə);

“Çelsi” (İngiltərə) - “Bavariya" (Almaniya);

“Lion” (Fransa) - “Yuventus” (İtaliya);

“Tottenhem” (İngiltərə) - “Leyptsiq” (Almaniya);

“Napoli” (İtaliya) - “Barselona” (İspaniya);

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 18-19-da və 25-26-da oynanılacaq. Cavab qarşılaşmaları isə martın 10-11-də və 17-18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı Türkiyə millisinin ev oyunlarını keçirdiyi Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.

CANLI YAYIM