Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

4 İyul, 13:58 Sosial mediada paylaşın:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Günü münasibətilə iyulun 3-də Minskdə keçirilən hərbi paradı izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov paradda fəxri qonaq qismində paradda iştirak edib.

Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus Respublikası və Rusiya Federasiyası Silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də Hərbi parada qatılıblar.