Neftçalanın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq - SƏRƏNCAM

Neftçalanın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq -SƏRƏNCAM

11 Dekabr, 16:27 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

CANLI YAYIM