Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start verilir

10 Dekabr, 10:27 Sosial mediada paylaşın:

Dekabrın 10-da UEFA Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun oyunlarına start veriləcək.

AZTV.AZ xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qrupundakı komandalar qarşılaşacaqlar.

Günün bütün görüşləri aşağıdakılardır:

E qrupu:

“Napoli” (İtaliya) – “Genk” (Belçika)

“Zaltsburq” (Avstriya) – “Liverpul” (İngiltərə).

Qrupdakı vəziyyət: “Liverpul” - 10, “Napoli” - 9, “Zaltsburq” - 7, “Genk” – 1.

F qrupu:

“İnter” (İtaliya) – “Barselona” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) – “Slaviya” (Praqa, Çexiya).

Qrupdakı vəziyyət: “Barselona”- 11, “İnter” - 7, “Borussiya” - 7, “Slaviya” – 2.

G qrupu:

“Lion” (Fransa) – “Leyptsiq” (Almaniya)

“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya).

Qrupdakı vəziyyət: “Leyptsiq”- 10, “Zenit” - 7, “Lion” - 7, “Benfika” – 4.

H qrupu:

“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)

“Ayaks” (Hollandiya) – “Valensiya” (İspaniya)

Qrupdakı vəziyyət: “Ayaks”- 10, “Valensiya” - 8, “Çelsi”- 8, “Lill” - 1.