Türkiyə hərbçiləri Rusiyada təlimlər keçəcəklər

Türkiyə hərbçiləri Rusiyada təlimlər keçəcəklər

7 May, 14:17 Sosial mediada paylaşın:

Türkiyə hərbçiləri Rusiyada “C-400” raket sistemlərinin istismarı üzr təlimlər keçəcəklər.

Hərbi-diplomatik mənbələrdən TASS agentliyinə verilən məlumata görə, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “C-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək. Mənbənin məlumatına görə, Çin hərbi qulluqçuları da mart ayından başlayaraq bu raket sistemlərinin istismarını öyrənirlər. Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.

CANLI YAYIM