Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

Azərbaycanla Rusiya 3 sənəd imzalayıb

9 Dekabr, 15:05 Sosial mediada paylaşın:

Dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.

Tədbirdə iclasın protokolu, Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

CANLI YAYIM