Bu gün İdman TV və Azərbaycan Radiosu 105 FM-də yayımlanan “Extra Time” verilişinin qonağı “Qəbələ” futbol klubunun baş meneceri Zaur Əzizov olub.
Aparıcı İlkin Babanın suallarını cavablandıran klub rəsmisi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından dəstək ala biləcəklərini söyləyib:
“Klub prezidentimiz Fariz Nəcəfov Elxan müəllimlə görüşüb və klubun gələcək fəaliyyəti müzakirə olunub. Yaxın günlərdə hər iki tərəf bu barədə açıqlama verəcək. Bunun üçün daha bir neçə gün gözləməli olacağıq”.