MSK seçki prosesinə sabah start verəcək - Məzahir Pənahovun AzTV-yə ekslüziv açıqlaması

MSK seçki prosesinə sabah start verəcək - Məzahir Pənahovun AzTV-yə ekslüziv açıqlaması

6 Dekabr, 16:39 Sosial mediada paylaşın:

“Mərkəzi Seçki Komissiyası (MSK) debakrın 7-dən növbədənkənar parlament seçkisi prosesinə start verəcək”.

Bu barədə Azərbaycan Televiziyasına eksklüziv açıqlamasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O, sabahkı iclasın gündəliyini açıqlayıb: “Sabahkı iclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək.

Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq.

Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.

CANLI YAYIM