Azərbaycan Prezidenti: “Ümidim gənclərədir”

Azərbaycan Prezidenti: “Ümidim gənclərədir”

6 Dekabr, 10:55 Sosial mediada paylaşın:

“Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir”.

Bu sözləri Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən deyib. Ölkə başçısı gənclərə ümid bəslədiyini deyib: “Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır. Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır”.

Ölkə başçısı islahatların yeni dövrünün keçən il prezident seçkilərindən sonra başladığını xatırladıb: “Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik”.

 

CANLI YAYIM