İcbari tibbi sığorta mərhələlərlə tətbiq olunacaq, Bakı bu tarixdə prosesə qoşulacaq - AZTV-DƏ TARİXLƏR AÇIQLANDI

İcbari tibbi sığorta mərhələlərlə tətbiq olunacaq, Bakı bu tarixdə prosesə qoşulacaq -AZTV-DƏ TARİXLƏR AÇIQLANDI

5 Dekabr, 11:45 Sosial mediada paylaşın:

“2020-ci ilin sonuna qədər bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq olunacaq, lakin mərhələli şəkildə. İcbari tibbi sığortaya yumşaq şəkildə keçid üçün mərhələli tətbiq daha məqsədəuyğun hesab edildi. Bölgü belə oldu: şimal, qərb, cənub və Bakı-Sumqayıt-Abşeron”.

Bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişinin qonağı olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

“İlk rübdə 20 rayon tibbi sığorta qaydaları ilə işləməyə cəlb olunacaq. Bizim pilot layihəmizin tətbiq olunduğu 3 rayonu - Ağdaş, Mingəçevir, Yevlaxı da əlavə etsək, 23 rayonun ilk mərhələdə icbari tibbi sığorta qaydaları ilə işləyəcəyini deyə bilərik.

İkinci rübdə - aprelin 1-dən qərb bölgəsindəki 17 rayon prosesə qoşulacaq. Yəni aprelin 1-dən ölkənin 40 rayonunda icbari tibbi sığorta tətbiq olunacaq. 3-cü mərhələdə 14 rayon, 4-cü mərhələdə isə artıq Bakı-Sumqayıt-Abşeronda icbari tibbi sığorta tətbiq olunacaq”, - deyə Z.Əliyev açıqlayıb.

CANLI YAYIM