ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb

ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb

4 Dekabr, 11:13 Sosial mediada paylaşın:

ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

AZTV.AZ xəbər verir ki, tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.

Daha sonra səfir Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.

“Azərxalça” ASC-nin nümayəndəsi Orxan Rzayev çıxış edərək Azərbaycanda xalçaçılıq tarixinin çox qədim olması barədə məlumat verib, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan xanımlarının əl işləri olan xalça və kilimlərin ABŞ-da təbliğatı üçün ABŞ-Azərbaycan Ticarət Palatası ilə “Azərxalça” ASC arasında bu il noyabrın 26-da 2020-ci il üçün niyyət protokolu imzalanıb.

CANLI YAYIM