Azərbaycan Prezidenti Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti Rusiya Prezidentinə başsağlığı verib

2 Dekabr, 17:55 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

CANLI YAYIM