Rayonlara qar yağacaq

Rayonlara qar yağacaq

2 Dekabr, 14:05 Sosial mediada paylaşın:

Ölkə ərazisində dekabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 3-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

CANLI YAYIM