ABŞ-da təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub

1 Dekabr, 13:00 Sosial mediada paylaşın:

ABŞ-ın Cənubi Dakota ştatında kiçik təyyarə qəzaya uğrayıb.

AZTV.AZ NBC telekanalına istinadla xəbər verir ki, qəza nəticəsində 9 nəfər, o cümlədən iki uşaq həlak olub. Daha üç nəfər yaralanıb.

Telekanalın məlumatına görə, göyərtəsində 12 nəfər olan təyyarə Çemberlen aeroportundan havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.