Kiyevdə Qolodomorun anım mərasimində həmin dövrdə həlak olan azərbaycanlılar da xatırlanıb

Kiyevdə Qolodomorun anım mərasimində həmin dövrdə həlak olan azərbaycanlılar da xatırlanıb

29 Noyabr, 13:34 Sosial mediada paylaşın:

Qolodomor faciəsinin anım günü ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskinin başçılığı ilə qeyd olunan respublika səviyyəli rəsmi anım mərasiminə azərbaycanlılar da dəvət olunub. Dəvət olunanlar arasında Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev də var.

Xatırladaq ki, Qolodomor — Ukrayna dilindəki iki sözdən – "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. 1932-1933-cü illərdə Sovet Kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır.

Xarici qonaqların da dəvət olunduğu tədbir zamanı Zelenski dəvətlilər ilə birgə faciəni tərənnüm edən yeniyetmə ac qızın heykəli önünə əklil qoyub, həlak olanların xatirəsi yad edilib. Mərasim zamanı R.Tağıyev Azərbaycanın da həmin illər Sovet İttifaqı rəhbərliyi tərəfindən oxşar reperssiyalara məruz qaldığını xatırladıb.

CANLI YAYIM