Azərbaycanın yeni Ombudsmanı seçilib

29 Noyabr, 13:00 Sosial mediada paylaşın:

Noyabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZTV.AZ xəbər verir ki, iclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 22 məsələ daxil edilib.

Plenar iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirə olunub.

Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili seçilib.

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.