Əli Əsədov Slovakiyanın Xarici İşlər və Avropa naziri ilə görüşüb

Əli Əsədov Slovakiyanın Xarici İşlər və Avropa naziri ilə görüşüb

29 Noyabr, 09:41 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZTV.AZ-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

CANLI YAYIM