Əli Əhmədov "Hədəf"də parlamentin buraxılması təşəbbüsünü şərh edib - VİDEO

Əli Əhmədov "Hədəf"də parlamentin buraxılması təşəbbüsünü şərh edib - VİDEO

28 Noyabr, 22:35 Sosial mediada paylaşın:

"Hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyası həqiqətən də tarixi əhəmiyyət daşıyan qərar qəbul edib. Bu qərarın qəbul edilməsinin ciddi əsasları mövcuddur. Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlar keçirilməkdədir. Bu islahatlar bir neçə illərdir bir neçə mərhələdə həyata keçirilib və faydalarını verib. Amma illər keçdikcə islahatların vüsəti və dinamikası artır ".

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Azərbaycan Televiziyasının "Hədəf" verilişində partiyanın bu gün Milli Məclisin buraxılması ilə bağlı qərarını şərh edərkən deyib.

Ə.Əhmədov qeyd edib ki, xüsusilə 2019-cu ili islahatların daha dinamik şəkildə həyata keçirildiyi il hesab etmək olar və bu islahatlar ölkənin bütün sferalarını əhatə edir: "İslahatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Azərbaycanda icra hakimiyyəti və məhkəmə-hüquq sahəsində islahatlar uğurla davam edir. Amma islahatların tamlığı onun hakimiyyətin bütün qollarına sirayət etməsi ilə şərtlənir".

Xatırladaq ki, YAP-ın Siyasi Şurası bu gün keçirilən toplantısında qanunverici orqanda YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə edib.

CANLI YAYIM