“Bakı Metropoliteni” yay qrafikinə keçəcək

“Bakı Metropoliteni” yay qrafikinə keçəcək

29 İyun, 12:33 Sosial mediada paylaşın:

İyulun 1-dən “Bakı Metropoliteni”də qatarların hərəkəti yay qrafikinə keçəcək. Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2 dəqiqə 50 saniyə təşkil edəcək. Metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.  Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib olunacaq. Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.  Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

CANLI YAYIM