Avstraliyada meşə yanğınları təhlükə mənbəyinə çevrilir

22 Noyabr, 11:22 Sosial mediada paylaşın:

Avstraliyada meşə yanğınları böyük şəhərlər üçün təhlükə mənbəyinə çevrilib.

Yanğının fəsadları Sidney, Melburn və Kanberra kimi böyük şəhərlərdə daha ciddi hiss edilir. Meteoroloqlar Viktoriya ştatında temperaturun 41 dərəcə Selsiyə çatdığını bildiriblər. Bu, 1894-cü ildən indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Viktoriya ştatının fövqəladə hallar komissarı bildirib ki, yanğın və ildırım nəticəsində yüksək gərginlikli xətlər zədələnib. Bu səbəbdən 100 mindən çox abonentin elektrik təchizatı dayandırılıb. Sidney şəhərində isə ekoloji vəziyyət ağırlaşıb. Qatı tüstü nəfəs almağı çətinləşdirib. Həkimlər yaşlı sakinlərə mümkün qədər evlərini tərk etməməyi tövsiyə ediblər.