Teleradio Akademiyasının dinləyicilərinə sertifikatlar təqdim edilib

Teleradio Akademiyasının dinləyicilərinə sertifikatlar təqdim edilib

28 İyun, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının Teleradio Akademiyasında iki ay əvvəl başlanılan dinləmələrə yekun vurulub. Bu gün müxtəlif istiqamətlər üzrə kursrlara cəlb olunan gənclərə sertifikatlar verilib .

Azərbaycan Televiziyasında Teleradio Akademiyasına dinləyici qəbulu ilə bağlı elan verildikdən sonra istedadına güvənən və  ixtisasına uyğun təcrübə əldə etmək istəyən gənclər müraciət etdilər. Yüzlərlə gəncin arasından 80  nəfər seçilərək kurslara cəlb olundu. Operator, rejissor, müxbir,  redaktor və aparıcı olmaq istəyən  gənclərə müvafiq ixtisaslara uyğun peşəkarlar dərs keçdilər. Həm nəzəri biliklərə, həm də praktik təcrübəyə yiyələnən dinləyicilər, beləliklə, ikiaylıq marafonun sonuna gəlib çatdılar.

Sertifikatların təqdim olunması mərasimində çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri səlahiyyətlərini icra edən Rövşən Məmmədov, Teleradio Akademiyasının rektoru Faiq Hüsiyev, müəllim və kurs dinləyiciləri istedadlı gənclərin üzə çıxmasında, peşəkar kadrların hazırlanmasında belə kursların təşkilini yüksək qiymətləndirdilər.

Sonra Azərbaycan Televiziyasının Teleradio Akademiyasının dinləyicilərinə sertifikatlar təqdim edildi.

Beləliklə, Azərbaycan Televiziyasının Teleradio Akademiyasında təşkil olunan ikiaylıq kurslara yekun vuruldu. Dinləyicilərin ən istedadlıları isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işlə təmin olunacaqlar.

CANLI YAYIM