Bakıda Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclası keçirilir

28 İyun, 14:37 Sosial mediada paylaşın:

İyunun 28-də Bakıdakı “Hilton” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçirilir.

İclasda FIDE prezidenti Arkadi Dvorkoviç, FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov iştirak edirlər.

İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirəyə çıxarılıb. İclasda, həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq.

FIDE Prezident Şurasının iclasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.