Bədii Şuranın üzvləri Zaqatalaya gedəcəklər - FOTO

Bədii Şuranın üzvləri Zaqatalaya gedəcəklər -FOTO

18 Noyabr, 16:15 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

QSC sədri Rövşən Məmmədov iclasda çıxış edərək bildirib ki, Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulması, effektiv, dinamik iş prinsipinin yaradılması hər zaman pioritet istiqamətlərdən olub. R.Məmmədov qeyd edib ki, televiziyanın diqqət ayırdığı əsas məqamalardan biri isə texniki bazanın təkmilləşdirilməsidir.

İclasda vurğulanıb ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar və səs avadanlıqları alınacaq.

Daha sonra Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında fikir mübadiləsi aparıblar.

Bədii Şura üzvlərinin bölgələrə səfərləri və tamaşaçılarla görüşlərindən də danışılıb.

Qeyd olunub ki, Şura üzvlərinin növbəti yığıncağı Zaqatala şəhərində olacaq.

Pərvanə İmanova

CANLI YAYIM