Qar İspaniyada həyatı iflic edib

Qar İspaniyada həyatı iflic edib

18 Noyabr, 12:18 Sosial mediada paylaşın:

İspaniyada qarlı hava şəraiti hökm sürür. Ən ağır vəziyyət Asturiya regionunda müşahidə olunur.

Yerli mətbuatın xəbərinə görə, havanın kəskin soyuması və qar bəzi yaşayış məntəqələri ilə əlaqənin kəsilməsinə və elektrik təchizatında ləngimələrə səbəb olub. Ölkə üzrə 15 magistral və 50 regional əhəmiyyətli yolda hərəkət məhdudlaşdırılıb. Qar uçqunu riskinə görə bir neçə turizm mərkəzində xizək sürmək qadağan edilib.

Şimal regionlarında sarı həyəcan elan olunub. Sinoptiklər bildiriblər ki, arktik hava kütlələri yaxın 3 gündə ölkə ərazisində havanın yenidən soyumasına səbəb olacaq.

CANLI YAYIM