Məişət qaz sayğaclarının quraşdırılması ilə bağlı yenilik var - VİDEO

Məişət qaz sayğaclarının quraşdırılması ilə bağlı yenilik var - VİDEO

16 Noyabr, 14:13 Sosial mediada paylaşın:

Qaz sayğaclarının  quraşdırılması ilə bağlı  yenilik.  2000-ci ildən kütləvi tətbiqi həyata keçirilən, yeni nəsil “Smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra azaldılacaq. Səbəb bu tip sayğacların baha başa gəlməsidir.

Amma bu heç də o demək deyil ki, smart-kart tipli sayğaclardan ümumilikdə imtina olunur. Smart-kart tipli sayğaclar ilk növbədə çoxmənzilli binalarda quraşdırılacaqsa, bundan sonra əsasən həyət evlərində mexaniki sayğacların quraşdırılması həyata keçiriləcək.

Çoxmərtəbəli binalarda sayğaclar daxildə - çöl eyvanlarında olduğu üçün mexaniki sayğac quraşdırılmır. Çünki bu, sərfiyyatın fərdi qeydiyyatı üçün nəzarətçilərə çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar quraşdırılacaq. Həm də nasazlıq, yoxlama vaxtı çatarkən onlar eyni markalı sayğaclarla əvəzlənəcək. Digər bir səbəb isə ondan ibarətdir ki, son illərdə mexaniki sayğaclardan istifadə edən abonentlərin ödənişləri xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 % yerinə yetirilir.

Hazırda ölkədə qazdan istifadədə əhali sektoru üzrə abonentlərin sayı 2 milyon 225 mindən çoxdur. Onlardan 1 milyon 202 mindən çoxu smart kart tipli, 1 milyon 23 mindən çoxu isə mexaniki sayğacla təmin olunub. Bakı və Sumqayıt abonentlərinin 90 faizi, Gəncə, Ağsu və Hacıqabul şəhərləri isə mərkəz olaraq 100 faiz həddində yeni nəsil sayğacla təmin olunublar.

 

CANLI YAYIM