Rusiya telekanalları Bakı Sammitindən reportajlar yayımlayıb

Rusiya telekanalları Bakı Sammitindən reportajlar yayımlayıb

15 Noyabr, 13:20 Sosial mediada paylaşın:

AZTV.AZ xəbər verir ki, Rusiya telekanalları - “Rossiya 24” və “Birinci” kanal Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti barədə reportajlar yayımlayıb. Bakının qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm meydana çevrilməsi vurğulanıb.

“Rossiya 24” kanalında yayımlanan reportajda bildirilib ki, Bakının əzəmətli Konqres Mərkəzində Dünya dini liderlərinin II Sammiti öz işinə başlayıb. Sammitdə 70 ölkədən müxtəlif dinlərin nümayəndələri iştirak edib.

Reportajda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin çıxışı da tamaşaçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, Bakıya artıq 3-cü dəfərdir səfər edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin çıxışının əsas mövzusu multikulturalizm, tolerantlıq və dinlərarası dialoq olub. O da diqqətə çatdırılıb ki, göstərdiyi sülhyaradıcı xidmətinə görə, Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib. Reportajda Prezident İlham Əliyevin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşünə də yer ayrılıb.

Eyni zamanda Rusiyanın “Birinci” kanalında da dünya dini liderlərinin II Bakı Sammiti barədə reportaj yayımlanıb. Həmin reportajda da sammitdə müzakirə olunan mövzuların əhəmiyyətinə toxunulub. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıda yeni bərpa olunan “Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirməsi qeyd olunub.

CANLI YAYIM